Ümumi müddəalar
Komissiya Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, elmi dərəcələr və elmi adlar verilməsini, xarici ölkələrdə verilmiş sənədlərin tanınmasını və elmi müəssisələrin akkreditasiyasını həyata keçirən dövlət orqanıdır.
Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar-etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir.